BŞ-Çin ticarət müharibəsi və Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ("Brexit") ilə bağlı yaranmış qeyri-müəyyənlik avrozonada iqtisad etimad indeksini son 4 ilin ən aşağı həddinə - 101,7 bəndə endirib.
FED.az xəbər verir ki, sonuncu dəfə bu göstərici 2015-ci ilin fevral ayında qeydə alınıb.
Eləcə də bax: ABŞ dolları kəskin ucuzlaşa - BİLƏR
Məlumatda deyilir ki, avrozona ölkələrində fəaliyyət göstərən sənaye müəssisələri məhsullarına tələbatın azalacağından narahatdır, bu isə məşğulluq səviyyəsinə təsir edir. Artıq Avropa Komissiyası mövcud vəziyyət barədə bədbin fikirdə olduğunu açıqlayıb.
Report