Avrora Qrup “Sosial ictimai məsuliyyət” dəyərinə uyğun olaraq, Qurban bayramı münasibəti ilə uşaq evlərinə, qadın və uşaq sığınacaqlarına ərzaq yardımı və qurban payı çatdırıb.
FED.az xəbər verir ki, bu dəfə şirkət Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” uşaq evinə, 8-ci mikrorayonda yerləşən “Azərbaycan Uşaqlar” İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi”nə, Biləcəri qəsəbəsində yerləşən “Gülüstan” Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyinin nəzdində qadın və uşaq sığınacağına ərzaq bağlamaları və qurban payı çatdırıb.
Məlumat üçün bildirək ki, 2021-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında kimsəsiz uşaqlara xüsusi yer ayrılmışdır və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməkdədir. Proqramının məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaq və təbəssümlərinin səbəbkarı olmaqdır.