Avrora Qrupun mərkəzi ofisində könüllü qanvermə aksiyası keçirilib.
FED.az xəbər verir ki, Avrora Qrup və Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada Avrora Şirkətinin istehsal, ofis və satış əməkdaşları iştirak ediblər.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Qeyd edək ki, qanvermə aksiyası zamanı əldə edilən qan talassemiya və hemofiliya xəstəliyinə görə müalicə olunan uşaqlara göndəriləcəkdir.
#bizbirlikdəgüclüyük #mükəmməllikmümkündür #AvroraMMC #AvroraQrup