Ölkəmizdə təhsilin inkişafı və məktəbli uşaqların elmə təşviqi üçün daima əməli addımlar atan “Avrora” MMC bu il də “Məktəbə Qayıdış” layihəsini uğurla həyata keçirdi.
FED.az xəbər verir ki, şirkət “Asan Məktub” layihəsi çərçivəsində Göygöl rayonu ərazisində məskunlaşan 44 aztəminatlı ailənin uşaqlarını məktəbli forması, çanta, oyuncaq və dərs ləvazimatları ilə təmin edib. Uşaqların məktub yazaraq istədikləri bütün arzuları həyata keçirilib.
Bundan başqa Avrora Qrup Qızılaypara Cəmiyyəti ilə birlikdə Şabran rayonun Aygünlü, Şahnəzərli, Pirəmisən, Rəhimli və Baş Əmirxanlı kəndində məşkunlaşan 50-dən çox aztəminatlı uşağı təhsil almağa həvəsləndirmək, onları məktəbə getməyə təşviq etmək üçün məktəb çantaları və məktəb ləvazimatları ilə təmin edib.
Avrora Qrup 2023-cü ilin "Korporativ sosial məsuliyyət proqramı"nda uşaqlara xüsusi yer ayırıb. İl ərzində keçirilən sosial layihələrin məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir. Uşaqlar bizim gələcəyimizdir və onların təbəssümü bizim üçün çox dəyərlidir.