“Avrora-Çay” ASC ləğv olunduğunu elan edib.
Azərbaycan sığorta agentliyi - LƏĞV OLUNUR
FED.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, kreditorlar öz tələblərini altmış gün ərzində Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən “Avrora-Çay” ASC-yə bildirə bilərlərlər.
Qeyd edək ki, 27 dekabr 2022-ci il tarixində “Avrora-Çay” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda səhmdar cəmiyyətinin ləğv edilməsi barədə qərar qəbul edilib.
1998-ci ildə dövlət qeydiyyatına alınmış və 137 min 70 manat nizamnamə kapitalı olan “Avrora-Çay” ASC-nin qanuni təmsilçisi Gülqayıt Quliyevadır.