6 il əvvəl bu ticarət dövriyyəsi 1 milyard 744 milyon dollar təşkil edirdi. FED.az xəbər verir ki, Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının hesabatına görə, Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi 2012-ci ildə 1 milyard 744 milyon dollar təşkil edib. Ötən ilin nəticələrinə görə isə bu rəqəm iki dəfəyə yaxın azalaraq 894 milyon dollar olub.
Azərbaycanın ticarət dövriyyəsində almanların payı
Hesabatda göstərilir ki, Azərbaycanın ticarət dövriyyəsində Almaniyanın payı da bu illər ərzində kəskin azalıb. Belə ki, 2012-ci ildə bu, 5,2% təşkil edirdisə, ötən ilin nəticələrinə görə isə 3,96% olub. Qeyd edək ki, ən yüksək pay göstəriciləri 8,7% ilə 2015-ci ildə qeydə alınıb. Devalvasiyadan sonrakı dövr üçün isə bu, azalan xətlə davam edib.
Azərbaycandan Almaniyaya ixrac
Hesabat dövrü üzrə Azərbaycanın Almaniyaya ixracı da 2 dəfədən çox azalıb. Ümumi ixrac dəyəri 2012-ci ildə 964 milyon dollar təşkil etmişdisə, bu, ötən il 1,1% azalaraq 450 milyon dollar olub.
Almaniyadan Azərbaycana ixracda da azalma müşahidə olunur. Belə ki, 2012-ci ildə ümumi ixracı dəyəri 779 min 971 dollar təşkil etmişdisə, bu rəqəm ötən ilin göstəricilərinə görə, 43% azalaraq 443 min 657 dollar təşkil edib.
Avropanın əsas ölkəsi ilə “alveri” 2 dəfə azaltmışıq: HESABAT
11:27
1 Mart 2018