Avropada keçirilən ən böyük lotereya tirajlarından biri olan “EuroMillions"un rekord cekpotu İngiltərədən olan qalibə verilib.
Eləcə də bax: Azərbaycanda lotereyada növbəti - BÖYÜK UDUŞ – MƏBLƏĞ
FED.az xəbər verir ki, adı açıqlanmayan şanslı qalib 195 milyon funt-sterlinq qazanıb.
Lotereyanı təşkil edən “Camelot” şirkəti bunun bir anda qazanılmış ən böyük cekpot olduğunu açıqlayıb.
“EuroMillions” tirajları hər çərşənbə axşamı və cümə günləri keçirilir.
Biletləri 13 ölkədə satılan lotereyanın kupon haqqı 2,5 funt-sterlinq təşkil edir.
Ən böyük cekpot rekordu may ayında 184 milyon funt-sterlinqlə yenilənmişdi və cekpotu İngiltərənin Qloster şəhərindən olan Co və Cess Tueyt cütlüyü qazanmışdı. (Azərtac)