Avropada əhalisi ərzağa ən çox vəsait xərcləyən ölkələr məlum olub.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət əhalinin ümumi xərclərində ərzağa xərclənən vəsaitlərin payından gedir.
Eləcə də bax: Azərbaycanda bir ayda adambaşına neçə manatlıq – ƏRZAQ ALINDIĞI MƏLUM OLUB
Ərzağı xərclənən vəsaitin ümumi xərclərdə payının aşağı olması əhalinin yaşayış səviyyəsinin yüksək olmasının göstəricisi sayılır.
Araşdırma göstərir ki, hazırda Avropada ərzağa ən çox vəsait Ukraynada sərf edilir. Bu ölkə əhalisinin xərclərinin yarısı qidaya sərf edilir.
Sonrakı yerləri Qazaxıstan, Moldova və sair ölkələr tutur.
İnkişaf etmiş ölkələrdə isə ərzağın ümumi xərclərdə payı çox aşağıdır. Belə ki, araşdırmaya görə, bu sahədə ən yaxşı vəziyyət Lüksemburqdadır – cəmi 8,4%. Holandiya və Britaniyada bu göstərici 10,6%, İrlandiyada 11,5%, Finlandiyada isə 11,7% təşkil edib.
Araşdırmalar göstərir ki, Rusiya əhalisinin xərclərinin 30,2%-i, Monteneqroda 29,7%, Xorvatiyada 28,2%-i ərzağa sərf edilir. Beləliklə, ölkələrin ərzağa xərclədiyi vəsaitin payına görə sıralaması belədir:
Ukrayna - 50,0%
Qazaxıstan - 47,6%
Moldova - 43,8%
Şimali Makedoniya - 37,8%
Bolqarıstan - 36,5%
Belərus - 36,3%
Serbiya - 34,3%
Rumıniya - 33,3%
Litva - 31,5%
Rusiya – 30,2%
Qeyd edək ki, Azərbaycan da qida xərclərinin byöük paya malik olduğu ölkələrdəndir. Dövlət Statistika Komitəsinin 2019-cu ilin ilk 10 ayının yekunları üzrə məlumatlarına görə, Azərbaycanda pərakəndə ticarət dövriyyəsi, yəni əhalinin ümumi xərcləri 34 milyard 419,2 milyon manat təşkil edir. Bunun 15 milyard 803,6 milyon manatı və ya 45,9%-i ərzağa sərf edilir.
Başqa sözlə, bu göstəriciyə görə, Azərbaycan yuxarıdakı siyahıda Qazaxıstan və Moldovanın arasında yer alır.