Avropa İttifaqının rəhbərliyi qidalarda istifadə olunan fosfatları qadağan etmək niyyətindədir. Bu maddələr əsasən dönər-kabab və şaurmalarda istifadə edilən ətə əlavə edilir.
FED.az Associated Press-ə istinadən xəbər verir ki, Avropa İttifaqının əsaslandığı araşdırmalara görə, fosfatların qəbul edilməsinin ürək-damar xəstəlikləri ilə əlaqəsi aşkar edilib.
Öz növbəsində küçələrdə dönər bişirilən kafelərin sahibləri Avropa İttifaqının ünvanına ittihamla çıxış ediblər. Onlar yeni qərarı ayrı-seçkilik kimi qiyətləndiriblər, çünki bir qayda olaraq dönər-kabab və şaurma hazırlamaqla Türkiyədən gələnlər məşğul olur. Bu yemək xüsusilə Almaniyada populyardır.
Qeyd edək ki, dönər-kabab və şaurma hazırlanan ətə fosfatları həm ətin təzəliyini saxlamaq, həm də dadlı olması üçün əlavə edirlər.
Avropada dönər-kabab və şaurma qadağan edilə bilər
12:26
2 Dek 2017