Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətləri ölkədə gözlədikləri 5 vacib islahatı açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.
ELƏCƏ DƏ BAX : Avropa İttifaqı şirkətləri Azərbaycanda biznes üçün riskləri açıqlayıb
Sənədə əsasən, rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər.