Avropa İttifaqı (Aİ) (və ya Avropa Birliyi (AB)) Çinin elektron ticarət şirkəti Temu-nu qanunsuz məhsullar ilə lazımi səviyyədə mübarizə aparmamaqda ittiham edib.
FED.az xəbər verir ki, Aİ Komissiyası, Çində yerləşən "PDD Holdings" tərəfindən idarə olunan və endirimli məhsullar satan Temu platforması ilə bağlı apardığı araşdırmanın ilkin nəticələrini açıqlayıb və bu platformanın Rəqəmsal Xidmətlər Qanununu pozduğunu iddia edib.
Açıqlamada qeyd olunub ki, Temu-nun Avropa Birliyi qaydalarına uyğun olaraq qeyri-qanuni məhsulların yayılması ilə bağlı riskləri qiymətləndirmək öhdəliyini pozduğu aşkar edilib.
"Dəlillər göstərir ki, Avropa Birliyində istehlakçıların platformada qeyri-qanuni məhsullarla qarşılaşmaları riski yüksəkdir" - deyilən açıqlamada, Temu-nun 2024-cü ilin oktyabr tarixli risk qiymətləndirməsinin də qüsurlu olduğu vurğulanıb.
Açıqlamada Temu-nun qeyri-qanuni məhsulların yayılmasına qarşı kifayət qədər tədbir görmədiyi bildirilib.
Digər tərəfdən, AB Komissiyasının ilkin nəticələri təsdiqlənərsə, şirkət cərimə və əmrlərə məruz qalacaq.
Aİ-nin texnologiya qaydalarına əsasən, Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar ciddi qaydalara əməl etməlidir. Aİ qaydaları pozan rəqəmsal platformalara böyük cərimələr tətbiq edə bilər.
Təkrar pozuntular halında, Aİ-də sözügedən rəqəmsal platformaların fəaliyyətinə xitam da verilə bilər. (Marja)