Azərbaycana səfəri çərçivəsində ölkə prezidenti ilə görüşən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Birinci Vitse Prezidenti Jürgen Rigterink başda olmaqla Bankın yüksək vəzifəli nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi ilə görüş keçirdi.
Eləcə də bax: Azərbaycana $350 milyon dəyərində - “YAŞIL LAYİHƏ" TƏKLİF EDİLİB
Şirkətdn FED.az-a verilən məlumata görə, görüş zamanı Veysəloğlu Şirkətlər Qrupu ilə 13 illik əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və onların nəticələri, 2019-cu ilin maliyyə göstəriciləri və yeni investisiya imkanları müzakirə olundu. Jürgen Rigterink bildirdi ki, dövlət başçısı və nümayəndə heyəti ilə görüşdən sonra real bizneslə, o cümlədən regionun lider şirkətlərindən biri ilə görüşmək onun üçün xüsusilə xoş olduğunu vurğuladı. Daha sonra Veysəloğlu Şirkətlər Qrupu ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri cənab Aydın Talıbov AYİB-nın şirkət üçün sadəcə maliyyə mənbəyi deyil, eləcə də partnyor və yaxın dost olduğunu qeyd etdi və bu illər ərzində göstərdikləri mənəvi dəstəyə görə qonaqlara dərin təşəkkürünü bildirdi.
13 ildir Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq edən Avropa Yenidənqurma və İnkişaf Bankı artıq və bir neçə investisiya layihələrinin maliyyə dəstəkçisidir.
Rəsmi görüşdən sonra AYİB nümayəndələri Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabrikini ziyarət etdilər, fabrikın istehsalat xətləri və prosesləri ilə yaxından tanış oldular, fabrikin istehsal etdiyi məhsulların dadına baxıblar.
25 ildir fəaliyyət göstərən və ölkənin iri şirkətlərindən olan Veysəloğlu Şirkətlər Qrupunda 14 min işçi fəaliyyət göstərir.