Dünyanın ən böyük geyim şirkətlərindən biri "Inditex SA" (Zara brendinin sahibi) satışlarında yavaşlama olduğunu, qazancının da son 10 ilin ən zəif səviyyəsində olduğunu açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin satışları Avronun güclü olması ilə əlaqədar azalıb. Avro bahalaşdığından Avropa xaricində Zara geyimləri yerli valyutalar ilə müqayisədə daha baha satılır.
Həmçinin pis hava şərtləri də pərakəndə satışlar üzərində təzyiq yaradır.
"Keçən illə müqayisədə Avropadakı soyuq hava şərtlərinin şirkət üzərində mənfi təsiri var və bundan zərər görən tək şirkət Inditex deyil" - analitiklər deyir.
"Inditex" mağazalarının yenilənməsi və Amazon-la rəqabət etmək məqsədiə onlayn sahədə böyümək üçün də xərclər çəkir.
"Inditex"n qurucusu Amancio Ortega ən zənginlər siyahısında səkkizinci pillə geriləyib.