FED.az Vergilər Nazirliyinə istinadən 2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə məlumatı təqdim edir.
Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr
- 2018-ci il üzrə hesablanmış Torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
- 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
2018-ci ilin iyul ayı üzrə vergi ödəyiciləri tədiyəçisi olduqları
- Əlavə dəyər vergisi bəyannaməsini,
- Aksiz bəyannaməsini,
- Yol vergisi bəyannaməsini,
- Mədən vergisi bəyannaməsini,
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini
cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
- Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
- Muzdlu işlə əlaqədar 2018-ci ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir
- Xüsusi notariusların 2018-ci ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.