Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Bakı Slavyan Universitetində “Təhsildə rəqəmsal transformasiyalar” mövzusunda keçirilən III Milli Təhsil Zirvəsində iştirak edib.
FED.AZ xəbər verir ki, zirvədə çıxış edən Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov, millət vəkili Ceyhun Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Mirzə Cəfərzadə, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin Təlim və tədris ofisi direktoru, prof. Cengiz Hakan Aydın təhsil sahəsində aparılan islahatların və rəqəmsal transformasiyanın cəmiyyətin inkişafındakı rolu barədə fikirlərini bölüşüblər.
Çıxışlarda xüsusilə gənclərin rəqəmsal bacarıqlarının inkişafı, müəllimlərin yeni texnologiyalara uyğun hazırlanması və süni intellektin təhsilə inteqrasiyasının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti vurğulanıb.
Tədbirin bədii hissəsində 2 nömrəli Uşaq İnkişaf Mərkəzinin rəqs qrupunun ifa etdikləri rəqs nömrələri milli və müasir elementlərin vəhdəti ilə seçilərək tədbirə xüsusi rəng qatıb.
Sonda III Milli Təhsil Zirvəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.






![ATİB sədri III Milli Təhsil Zirvəsində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1367036.jpg)
![ATİB sədri III Milli Təhsil Zirvəsində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/840553.jpg)
![ATİB sədri III Milli Təhsil Zirvəsində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3638157.jpg)
![ATİB sədri III Milli Təhsil Zirvəsində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3201181.jpg)
![ATİB sədri III Milli Təhsil Zirvəsində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1228572.jpg)
![ATİB sədri III Milli Təhsil Zirvəsində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1138895.jpg)
![ATİB sədri III Milli Təhsil Zirvəsində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4386341.jpg)








