İyulun 15-də Azərbaycan İstiqlal muzeyində Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümünə həsr olunmuş “İradə bizim, zəfər bizim” adlı tədbir keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, qeyri-hökümət təşkilatlarının nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, ictimaiyyətin nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədr müavini Alper Yaycılı, İdarə Heyətinin üzvü Muhterem Öz, Birliyin üzvləri Cemal Yanqın, Barış Aktıparmak, Toğrul İbrahimov və Nazan Akkoyun iştirak ediblər.
Səfir Prof. Dr. Birol Akgün, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışlarında 15 İyul qəhrəmanlarının türk millətinin azadlıq, birlik və bərabərlikdən heç zaman vaz keçməyəcəklərini canları bahasına bir daha sübut etdiklərini qeyd ediblər. Natiqlər həmçinin xain çevrilişə cəhd zamanı Azərbaycan dövlət başçısının Türkiyə xalqına və hökümətinə göstərdiyi güclü dəstəyin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın videomüraciəti nümayiş olunub. Ardınca Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar məruzə ilə çıxış edib.
Daha sonra Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı videoçarxlar nümayiş olunub.
Sonda şəhidlərin ruhuna dualar oxunub, iştirakçılar mövzuya həsr olunmuş sərgi ilə tanış olublar.






![ATİB nümayəndələri “İradə bizim, zəfər bizim” adlı tədbirdə iştirak ediblər -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/3032809.jpg)
![ATİB nümayəndələri “İradə bizim, zəfər bizim” adlı tədbirdə iştirak ediblər -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/679349.jpg)
![ATİB nümayəndələri “İradə bizim, zəfər bizim” adlı tədbirdə iştirak ediblər -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/2851084.jpg)
![ATİB nümayəndələri “İradə bizim, zəfər bizim” adlı tədbirdə iştirak ediblər -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/1537835.jpg)
![ATİB nümayəndələri “İradə bizim, zəfər bizim” adlı tədbirdə iştirak ediblər -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/2795240.jpg)
![ATİB nümayəndələri “İradə bizim, zəfər bizim” adlı tədbirdə iştirak ediblər -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/4476117.jpg)









