“Atəşgah” Sığorta Şirkəti bu ilin ilk 8 ayında 42 milyon 709 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları illik müqayisədə 1 milyon 237 min manat, yəni 2,9% artıb. Ötən il yığımlar 41 milyon 472 min manat idi.
Ödənişlər isə 11 milyon 962 min manat (83,2%) artaraq 26 milyon 350 min manat olub.
Ötən il ödənişlər 14 milyon 388 min manat olmuşdu.