Dekabrın 21-də «Qaradağ Tikinti Materialları» ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) üzvlərinin və sədrinin, idarə heyətinin və sədrinin, Maliyyə-təftiş komissiyasının və sədrinin seçilməsi müzakirə ediləcək.
Eləcə də bax: Azərbaycanda iki şirkət - BİRLƏŞİB
Eləcə də toplantıda «Astra» MMC-nin qoşulma yolu ilə «Qaradağ Tikinti Materialları» ASC-nin tərkibinə daxil olunması və sonuncunun yenidən təşkil edilməsi məsələsi də müzakirə olunacaq.