Yerli düyüyə tələbat yüksəkdir və buna görə də “Astaraçay” şirkəti əkin sahəsini 2,5 dəfə artırıb. FED.az xəbər verir ki, ötən il 40 hektarda düyü əkildiyi halda, bu il 1000 hektara yüksəlib.
“Astaraçay” şirkətinin direktor müavini Etibar Səlimov FED.az-a bildirib ki, 468 hektar çay plantasiyası və 1000 hektara yaxın düyü əkin sahəsindən yüksək məhsuldarlıq gözləyirlər: “Satış ilə bağlı heç bir problemimiz yoxdur. Tələbat çoxdur, ona görə də məhsullarımız yaxşı alınır. Biz bu ildən çay əkinində də yeni üsuldan istifadə edərək çay istehsalını 4 tondan 18 tona qaldıracayıq”.
Ümumilikdə 700 nəfəri işlə təmin edən Astaraçay hazırda Hind-Çin sortundan olan çay istehsalı və yerli Haşimi düyüsünün əkin sahələrini genişləndirib. Yığılan məhsul isə müəssisəyə malik zavodlarda emal olunur.
E.Səlimov bildirib ki, şirkət ilk növbədə daxili tələbatın ödənilməsinə çalışır və ixrac ilə bağlı da planlar var.
Astaraçay: “İlk növbədə daxili tələbatın ödənilməsinə çalışırıq”
09:46
21 May 2018