“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdindəki “ASK Şəki Şərab” zavodu yaxın aylarda Rusiyaya məhsullarının ilk partiyasını tədarük edəcək.
FED.az xəbər verir ki, bu barədə ASC-nin baş direktoru Kamran Nəbizadə söyləyib.
Eləcə də bax: Azərbaycanın şərab zavodu məhsullarını - İSPANİYAYA İXRAC EDƏCƏK
K.Nəbizadə deyib: “Zavod belaruslu tərəfdaşlarla da danışıqlar aparır və ilin sonunadək məhsullarımız həmin ölkənin də bazarına çıxarılacaq. Zavod Belçika, Çin və Qazaxıstana da şərab ixracını təşkil etməyi nəzərdə tutur. İstehsal olunan şərabların nümunələri artıq bu ölkələrə göndərilib və yüksək qiymətləndirilib. Yaxın gələcəkdə həmin ölkələrin şirkətləri ilə müqavilələrin bağlanılması planlaşdırılır. Həmçinin bu günlərdə zavodun məhsullarının qədim şərabçılıq ənənələri olan İspaniyaya tədarük olunması barədə razılaşma əldə olunub. Razılaşmaya əsasən, Barselonaya ayda 100 min şüşə şərab göndərilməsi nəzərdə tutulur”.
Azərtac