Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinin təmiri üçün tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki “ASAN xidmət” mərkəzlərində tikili və avadanlıqların cari təmiri işlərinin satınalınması məqsədilə keçirilmiş tenderin qalibi “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin dəyəri 1 milyon 300 min 389 manat 74 qəpik təşkil edir. Layihənin ehtimal olunan qiyməti 1 milyon 614 min 668 manat idi.













