ASAN xidmət sədri Ülvi Mehdiyev Caspian European Club-un 2019-cı il yanvarın 16-da “Hyatt Regency Baku”da təşkil etdiyi CEO Lunch Baku-dafəxri qonaq qismində iştirak edib.
FED.az xəbər verir ki, tədbirin əvvəlində “Cahan Tobacco International ” şirkətinin və “Antaris” MMC-nin nümayəndələri təqdimatlarla cıxış ediblər. Daha sonra «ASAN xidmət»in sədri Ülvi Mehdiyev çıxış edərək «ASAN xidmət» mərkəzlərinin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləribarədə ətraflı məlumat verib.
Ülvi Mehdiyev bildirib ki, «ASAN xidmət»in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.
Agentlik sədri qeyd edib ki, «ASAN xidmət» mərkəzlərində hazırda 11 dövlət orqanı, özəl şirkət, müəsissələr tərəfindən ümumilikdə 320-ə yaxınxidmət göstərilir.
Tədbir Caspian European Club-un «ASAN xidmət» ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləriəsasında təşkil edilib. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə ASAN Xidmət arasındaəməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. CEO Lunch Baku-nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab alıblar.
Biznes-forumda Ülvi Mehdiyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni və hazırkı üzvlərinə də sertifikatlar verilib.
CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.