FED.az xəbər verir ki, "AS Group Investment" ofis meneceri axtarır.
Eləcə də bax: Azərbaycan Beynəlxalq Bankı işçi axtarır - VAKANSİYA
İşin təsviri:
- Ofisin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işləri görməli;
- Ofis daxili idarəetmə işlərini yüksək səviyyədə yerinə yetirməli, ofis üçün zəruri avadanlıq və ləvazimatları təmin və koordinasiya edir.
- Daxil olan telefon zənglərinə cavab verməli, öz səlahiyyətləri səviyyəsində sorğuları cavablandırmalı və ya telefon
zənglərini müvafiq şəxslərə ünvanlamalı.
- Sürücülərin qrafiklərini koordinasiya edir.
- Görüşlər üçün otaqları təşkil edir. Rəhbər ilə razılaşdırılmaqla bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqlar və mebelin alışını həyta kecirir.
- Kuryerləri, məktubları və sifariş üzrə çatdırılmaları qəbul etmək və yönləndirmək.
- Şirkət qonaqlarını qarşılamaq, köməklik göstərmək, istiqamətləndirmək. Bilet və otelllərin bronlaşdırılması və alınması.
Tələb olunur:
Ali təhsil; Orta-ixtisas
Bənzər sahədə minimum 1-2 il iş təcrübəsi;
Əla azərbaycan və rus dili biliyi, İngilis dili arzuolunandır.
Microsoft Office proqramlarını yaxşı bilmək
yaş 25-30
İş qrafiki:
Həftə içi 5 gün. 09:00-18:00
Sınaq dövrü zamanı verilən maaş: 500 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Ofis menecer” qeyd etməyiniz xahiş olunur.