Nazirlər Kabineti artıq ödənişmiş vergilərin qaytarılması ilə bağlı öz qərarına dəyişiklik edib.
Eləcə də bax: Minimum «maaş oyunu» bitdi? – 250 manatı hər işçiyə vermək - MÜMKÜN OLMAYACAQ
FED.az xəbər verir ki, Nazzirlər Kabinetinin qərarı ilə «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə» Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarında dəyişiklik edilib.
Yeniliyə görə, 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarının 3-cü hissəsi ləğv edilib. Xatırladaq ki, həmin hissədə deyilirdi ki:
«3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər»