Bakı Fond Birjası (BFB) bu ilin yanvar-may ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ARMB qiymətli kağızlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az şirkətlərin məlumatlarına istinadən xəbər verir ki, ARMB qiymətli kağızlarının dövriyyəsi ən yüksək olan şirkət "Paşa Kapital İnvestisiya Şirkəti"idir. Məlumata görə investisiya şirkətinin dövriyəsi 149,1 milyon manatı keçib.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin 29,3 milyon manatdan yüksək olub.
"Unicapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 29,3 milyon manata yaxınlaşıb.
İl ərzində "Assist Finance İnvestisiya Şirkəti"ndə bu göstərici 9,6 milyon manata çatıb.
"MFX Trading İnvestisiya Şirkətində isə təxminən 5 milyon manata bərabər olub.
"ABB İnvest İnvestisiya Şirkəti"nin ARMB Qiymətli kağızları üzrə dövriyyəsi müvafiq olaraq 3 milyon manatdan yüksək olub.
4 investisiya şirkətinin bu investisiya aləti üzrə dövriyyəsi olmayıb.