Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyeva işdən çıxıb.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində yeni - TƏYİNAT
FED.az xəbər verir ki o, "PAŞA Holdinq" MMC-də İnnovasiya tədbirləri meneceri və holdinqin vençur fondu olan "INMerge Ventures"da İdarəedici Partnyor vəzifəsində işə başlayıb.
Ü.Mehralıyeva 1988-ci ildə anadan olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb, III "Yüksəliş" müsabiqəsinin qalibi olub. O, ARDNF-dəki vəzifəsinə ötən ilin aprel ayında təyinat almışdı. (Report)