“Araz” supermarketlərdə “Uçuşa hazır ol” lotereyasına start verilib.
FED.az xəbər verir ki, Loteraya iştirakçıları bu oyun vasitəsilə 5000 manatlıq səyahət kuponu və sair hədiyyələr qazana bilərlər.
Belə ki, 10 qalibin hər biri 5000 AZN-lik səyahət kuponu qazanacaq.
Lotereyada iştirak etmək üçün:
• “Araz” müştəri kartı və ya mobil tətbiqi ilə etdiyiniz hər 20 AZN-lik alış-verişdə 1 şans qazanırsız. Bunun üçün kassa qəbzindəki xüsusi QR kodu smartfonda və ya tətbiqdə yer alan skan hissəsində oxudub açılan pəncərədə təsdiq düyməsinə toxunmaq kifayətdir.
Lotereya müddəti: 4 iyul-4 avqust.