Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi müştərilərini keyfiyyətli qida və qeyri-qida məhsulları ilə təmin etməklə yanaşı, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verməyə davam edir.
- “Araz” müştərilərinə yüksək keyfiyyətli və təhlükəsiz qida məhsulları təqdim edir. Bu məqsədlə “Araz” Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq reyestrində qeydiyyatdan keçən müəssisələrlə əməkdaşlıq edir. Yalnız laborator analizlərdən keçən məhsullar “Araz” müştərilərinə təklif olunur.
- Bakı şəhəri, Bakıətrafı kənd və qəsəbələrdə, eləcə də respublikamızın rayonlarında yeni mağazaların açılması həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin olunmasına töhfə verir. Belə ki, “Araz”da ümumilikdə 9000-dən artıq şəxs işlə təmin edilib.
- “Araz” supermarketlər şəbəkəsi mütəmadi olaraq müxtəlif endirim kampaniyaları ilə yeni fürsətlər yaradır. Belə ki, “Araz” müştəriləri “Endirimlər zəng çalır”, “30 manatda fürsət var”, “Kassirdən soruş”, “Daim aşağı qiymət”, “Agent-099”, “Çarxı çevir, endirim qazan” və s. kimi kampaniyalar çərçivəsində müxtəlif şərtlərlə endirimlərdən yararlana bilirlər. Bütün bunlar isə iqtisadiyyatın böyüməsi üçün əsas amillərdən biri olan sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxarır.
- “Araz” supermarketlər şəbəkəsi həmçinin, Azərbaycanda sahibkarlara, fermerlərə bazara uyğunlaşma və böyümə imkanları yaradır. Zəhmətkeş fermerlərin əkib-becərdiyi təbii məhsullar elə ünvandaca alınır və “Araz” marketlərində satışa çıxarılır.
- “Araz” dünya brendlərinin Azərbaycan istehlakçısına çatdırılmasını da uğurla həyata keçirir. Avropanın “Rossmann” və “Pepco” kimi aparıcı brendlərinin yüksək keyfiyyətli və sərfəli qiymətli məhsulları “Araz”da və müstəqil mağazalarda müştərilərə təqdim olunur.
- “Araz” ölkəmizdə yerli istehsalı dəstəkləməyə və yerli məhsulların istehsalını artırmağa da töhfə verir. Belə ki, müxtəlif özəl marka məhsulları “Yalnız “Araz”da” konsepsiyası çərçivəsində müştərilərə təklif edilir. Bununla da “Araz” Azərbaycan alıcısını yerli və keyfiyyətli məhsullarla təmin edərək ölkədə istehsal edilən məhsulların alışını təşviq edir.
Bir sözlə, “Araz” supermarketlər şəbəkəsi iqtisadiyyatın bütün maraqlı tərəfləri üçün faydalıdır. Marketlər şəbəkəsinin hərtərəfli yanaşması təchizatçılar, istehsalçılar, distribyutorlar, müştərilər və əməkdaşlar arasında qarşılıqlı qazanma mühiti formalaşdırır və ümumilikdə Azərbaycan iqtisadiyyatına misilsiz dəyər qatır.