FED.az Banker.az-a istinadən xəbər verir ki, Rəşad İbrahimov 2020-ci il yanvar ayından etibarən fəaliyyətini “Veysəloğlu” MMC-nin tərəmə şirkəti olan “Araz Supermarket” MMC-nin Satış Əməliyyatları Direktoru olmaqla yanaşı, eləcə də İdarə Heyətinin üzvü kimi davam etdirəcək.
Eləcə də bax: “NAB Holding Azərbaycan"da - YENİ TƏYİNAT
Peşəkar fəaliyyətinə 2004 –cü ildə “Veysəloğlu” MMC – də başlamış, 2009 –cu ildən etibarən “Veysəloğlu” MMC-də müxtəlif şöbələrdə satış müdiri vəzifəsində çalışmışdır.O, 2004 -cü ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər, Psixologiya və Politologiya fakultəsini bitirmişdir.
Rəşad İbrahimov 2014-cü ildən “Araz Supermarket” komandasına qoşulmuşdur. 2019-cu ildən “Araz Supermarket”in Satış Əməliyyatları Departamentinin müdiri vəzifəsinə təyin edilmişdir.