Moskvada azərbaycanlı iş adamarının sahib olduğu ticarət nöqtələrində erməni məhsullarına qadağaların qoyulaması davam edir.
FED.az xəbər verir ki, Azərbaycanlı tanınmış iş adamı İlham Rəhimovun və Qod Nisanovun sahib olduğu «Food sity» meyvə-tərəvəz bazarından sonra, digər məşhur iş adamı – Araz Ağalarovun sahibi olduğu «Tvoy dom» ticarət şəbəkəsində də erməni məhsullarına qadağa qoyulub.
Bu barədə «Eksport Armeniya» şirkətinin sahibi Emil Stepanyan öz Feysbuk səhifəsində bildirib. O yazıb ki, «Food sity»dəki hadisələrin davamı olaraq bu gündən (yəni iyulun 23-dən) erməni istehsalçılarını «Tvoy dom» şəbəkəsindən də çıxarıblar.
Emil Stepanyan bildirib ki, şirkətin nümayəndələri bu gün «Tvoy dom»a gələrkən görüblər ki, erməni məhsulları olan mürəbbələr, cemlər, şirələr və kompot və sair mallar rəflərdən yığışdırılıb. 6 mağazanı gəzdik, heç birində erməni məhsulları qalmamışdı. Mineral su və alkoqol gətirən şirkətlər də bizə dedilər ki, mallarımızı qəbul etmirlər və furaları geri çevirmişik.
Ermənistan hərbi qüvvələrinin Tovuzda Azərğaycana qarşı törətdiyi və 17 nəfərin həlak olması ilə nəticələnən təxribatına cavab olaraq atılan bu addım erməni tərəfinə çox pis təsir edib.
Səfir bildirib ki, bu gün səfərdən ona iri erməni şirkətlərinin nümayəndələri müraciət edərək «Tvoy Dom» şəbəkəsindən erməni məhsullarının yığışdırıldığını bildirirlər.
Söhbət erməni istehsalı olan konservlərdən, eləcə də mineral sular və alkoqollu içkilərdən gedir. «Erməni malları bir anda rəflərdən yığışdırılıb, anbarlara da qəbul etmirlər. Onun əvəzində bütün rəfləri Azərbaycan malları ilə doldurublar»-deyə səfir şikayətlənib. Səfir bildirib ki, şəbəkənin menecerləri erməni məhsullarının qəbulunu dayandırdıqlarını bildiriblər.
Bununla yanaşı, səfir deyib ki, «Tovy dom»un erməni məhsullarına qadağa qoyması «Food sity»dən daha mədəni şəkildə edilib. «Orada təhlükəsihlik xidməti adamları (danışığa gedən erməni nümayəndələrini) sadəcə ərazidən bayıra tullamışdı» -deyə səfir «Fud Siti»ni xatırlayıb.
Səfir etiraf edib ki, azərbaycanlılar Rusiyadakı ticarət şəbəkələrini «Böyük Dağlıq Qarabağ»a çevirirlər.
«Tvoy dom»un sahibi olan «Krokus Qrupp» şirkətində məsələ ilə bağlı şərh verməyk istəməyiblər.