“Crocus Group” un prezidenti Araz Ağalarov biznesinin indiki vəziyyətini batan gəmi ilə müqayisə edib: qrupun resursları işçilərə mart ayının maaşını verməyə imkan verir. Aprel ayında şirkətin belə bir imkanı olmayacaq.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Mən bu ofisdə kiçik bir gəminin kapitanı kimi oturub onun batdığını izləyirəm. Və heç nə edə bilmirəm, çünki buna heç bir şəkildə təsir göstərmək mümkün deyil”, – deyə Ağalarov bildirir.
Ağalarovun sözlərinə görə, “Crocus Group” da 15 min nəfər çalışır və qrupun demək olar ki, bütün obyektləri hal-hazırda bağlıdır.
“15 min nəfərlik gəmi kapitanın gözü qarşısında yavaş-yavaş batır”, – Ağalarov yekunlaşdırır.
Xatırladaq ki, Araz Ağalarovun sahib olduğu “Crocus Group” şirkəti ümumi sahəsi 1,5 milyon kvadrat kilometr olan kommersiya əmlakını idarə edir.