Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
FED.az "AQTA"dan verilən məlumata istinadən xəbər verir ki, qurumun əməkdaşları tərəfindən iyunun 26-da Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 61 ictimai iaşə obyekti, 171 ərzaq satışı mağazası olmaqla ümumilikdə 232 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 88-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə Kərimov Elməddin Hüseynağa oğluna, Əmirov Elçin Əsəd oğluna, Babayev İlham Hüseyn oğluna məxsus ərzaq mağazaları, “Ruzi” market, Qasımov Dilqəm Əli oğluna, Məmmədov Vüqar Cahangir oğluna məxsus ərzaq mağazaları, “Bizim”, “Fidan”, “Super” və “Bizim ailə” marketlər, Həsənov Tofiq Cümşüd oğluna məxsus market, Əlləzov Vilayət Abbasəli oğluna məxsus ərzaq mağazası, Əsgərov Faiq Allahverdi oğluna, İsmayılov İlqar Ələmdar oğluna məxsus ərzaq mağazaları, “Eston” market, Əliyeva Gülnarə Polad qızına məxsus ərzaq mağazası;
Bərdə rayonunda Zeynalov Rafiq Yaqub oğluna məxsus kafe və Həsənov Rizvan Əsgər oğluna məxsus ərzaq mağazası;
Göygöl rayonu, Aşıqlı kəndində Mustafayev Anar Xəqani oğluna məxsus “Anar”, Toğanalı kəndində Quliyev Vüsal Mətləb oğluna məxsus “Gözəl Məkan” kafeləri, Aslanov Rafiq Qədir oğluna məxsus “Əkizlər” market;
Şabran rayonunda Gülməmmədov Samit Vahid oğluna, Hətəmov Eldar Gülbala oğluna, Mirzəyev Şıxbala Əşrəf oğluna məxsus kafelər, Cavadov Ramiz Abbasxan oğluna məxsus “Buta” kafesi, Mirzəyev Təbriz Xanlar oğluna məxsus ərzaq mağazası, Məmmədov Mənsur Sabir oğluna, Qəniyev Məhəmməd Ekram oğluna, Cəfərov Yusif Yunus oğluna, Bağırov Taleh Arif oğluna, Quliyev Qəzənfər Həsənağa oğluna məxsus ət satışı mağazaları;
Sabirabad rayonunda Bağırov Rafiq Asif oğluna məxsus “Çıraq” market, Mənsimov Məmməd Adil oğluna məxsus “Əmin” market və Bağırov Məmmədbağır Rafiq oğluna məxsus ərzaq mağazası;
İsmayıllı rayonunda Adıgözəlov Azad Ramazan oğluna məxsus “Final” market, İsmayılov Vüsal Nüsrət oğluna məxsus “Bərəkət” market;
Göyçay rayonunda Dəmirov Qılman Hacı oğluna məxsus “Ekonom” market, Bəşirov Aydın Abdulla oğluna məxsus “Bolluq” market və Dəmirov Ramin Hacıbaba oğluna məxsus “Mırtı” market;
Qazax rayonunda “Emil”, “Görüş”, “Elpər”, “Aysel”, “Real”, “Laquna” və “Qərb qapısı” kafeləri, “Buta” və “Elpər”, “Göyçə” ərzaq mağazaları;
Gədəbəy rayonunda “Səma” və “Super” ərzaq mağazaları;
Ağstafa rayonunda “Ağstafa” ərzaq mağazası və “Qəlyanaltı” restoranı
Şəmkir rayonunda “İsə” ərzaq mağazası, “Sirac” dönərxana;
Tovuz rayonunda “Sərin” kafesi, “Sizin” ərzaq mağazası;
İmişli rayonunda “Bazarstore”, “Razi”, “Məhəmməd”, “Ekonom”, “Araz supermarket” ərzaq mağazaları, “İldırım”, “Yeni evlənənlər”, “Komfort”, “Park”, “Meh” kafeləri;
Beyləqan rayonunda “Samuray”, “Oba”, “Mandalin”, “Davud” və “Hüseyn” ərzaq mağazaları, “Çənlibel”, “Xanbağı”, “Göbələk” və “Fermer” kafeləri;
Masallı rayonunda İsayeva Umi Allahverdi qızına, Pirizadə Əflatun Piri oğluna, Məcidova Şəlalə Həsənbala qızına, İbadov Zabil Arif oğluna, Nəzərov Xaliq Cəlil oğluna, Məmmədova Balacaxanım Söhbət qızına, Abdinov Eyvaz Adil oğluna, Nəsirov Ceyhun Şakir oğluna, Abdullayev Emil Elman oğluna, Sadıqov Rza Cəbrayıl oğluna məxsus ərzaq mağazaları və “Oba” market.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.