2019-cu il dekabr ayında “Aqrolizinq” ASC-nin səhmdarları ümumi yığıncaq keçirəcəklər.
FED.az xəbər verir ki, yığıncaqda nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi planlaşdırılır.
Eləcə də bax: “Aqrolizinq” Səhmdarlarının Ümumi Yığıncağı - KEÇİRİLƏCƏK
“Dekabrın 11-də nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi planlaşdırılır”, - cəmiyyətdən qeyd ediblər.
Qeyd edək ki, nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi artıq yeddinci dəfədir təxirə salınır. Öncə səhmdarlar bu məsləni 2018-ci il iyulun 4-də, sentyabrın 24-də və dekabrın 20-də, o cümlədən, 2019-cu il aprelin 9-da, iyunun 10-da, avqustun 19-da və sentyabrın 30-da müzakirə etməyi planlaşdırırdılar.
Xəbər verildiyi kimi, 2017-ci ildə “Aqrolizinq” nizamnamə kapitalı 55,3% artırılaraq 561 milyon 627 min manata çatdırılıb.
“Aqrolizinq” ASC 2004-cu ilin oktyabr ayında təsis olunub və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
Marja