“Aqro İnvest və İstehsalat” MMC-nin təsisçisi təsisçilikdən çıxır.
FED.az “Marja”ya istinadən xəbər verir ki, Cəmiyyətin təsisçisinin təsisçilikdən çıxması ilə əlaqədar şirkətin nizamnamə kapitalı 500 min manat məbləğində azaldılaraq 500 min manat təyin ediləcəkdir. “AQRO İNVEST VƏ İSTEHSALAT” MMC-nin kreditorları bir ay ərzində cəmiyyətə müraciət edə bilər.
“Aqro İnvest və İstehsalat” MMC 2015-ci ildə 1 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmışdı. Şirkətin qanuni təmsilçisi Tahirov Nemət Tahir oğludur.
“Aqro İnvest və İstehsalat” MMC balıq və balıq məhsullarının, vodkaların idxalı ilə məşğul olur. Həmçinin şirkət balıq məhsullarının istehsalı ilə də məşğuldur. “Dəniz inciləri” brendi şirkətə məxsusdur.
“Aqro İnvest və İstehsalat” iribuynuzlu heyvanların idxalı və satışı, çınqıl daşların, karton qutuların və tekstil materialların istehsalı ilə də məşğul olur.