Anar Həsənov AHK Azərbaycan İdarə Heyətinə yenidən sədr seçildi.
FED.az xəbər verir ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İdarə Heyətinə yenidən sədr seçilib.
200-dən çox üzv şirkəti ilə AHK Azərbaycan ölkəmizdə Avropa biznesinin ən güclü assosiasiyasıdır.











