“Anar” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 8 aprel 2024-cü il, saat 11.00-da keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Şirvan şəhəri, Naxçıvan küçəsi, 3 ünvanında cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3. Cəmiyyətin icra orqanının formalaşdırılması;
4. Cəmiyyətin balansında olan və istifadəyə yararsız əsas vəsaitlərin cəmiyyətin balansından silinməsi.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 282 33 00 “Anar” ASC-nin icra orqanı.
Məlumat üçün qeyd edək ki, "Anar" ASC 11 iyun 1997-ci ildə dövlət qeydiyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 605 min 138 manatdır və qanuni təmsilçisi Əli Əzəmi Hüseyn oğludur.