01 oktyabr 2020-ci il tarixindən etibarən AMFA Ismayıllı rayonunda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “COVID – 19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi” layihəsinin icrasına start vermişdir. Layihə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə əməkdaşlıqla həyata keçiriləcək.
Eləcə də bax: Biznes qurmaq istəyən qadınlar – AMFA-DAN QRANT ALIBLAR
FED.az xəbər verir ki, layihənin əsas məqsədi COVİD – 19 böhranı dövründə iqtisadi zərəri minimallaşdırmaq, gəlir mənbələrinin yaradılmasında və karonavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara (o cümlədən sağlamlıq imkanları məhdud qadınlara) dəstək verməkdir.
Layihə sağlamlıq imkanları məhdud qadınlar da daxil olmaqla, kənd icmalarından olan 40 nəfər qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onlar biznes fəaliyyətinə başlamaq üçün sərmayə kapitalı ilə təmin olunacaq.
Layihə həmçinin COVİD-19-un DİM 1-yoxsulluğun azaldılması, DİM 2 – aclığın aradan qaldırılması, DİM 3 - yaxşı səhhət və rifah, DİM 4 – keyfiyyətli təhsil, DİM 5- gender bərabərliyi və DİM 8- layiqli iş və iqtisadi inkişaf kimi məqsədlərə mümkün mənfi təsirin aradan qaldırılmasına töhfə verəcək.