Azərbaycan Mərkəzi Bankı (AMB) hazırda müştərinin identifikasiyası üzərində işləyir və bu kontekstdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) AMB-yə "mikrokredit" termininin daxil olunmasını təklif edib.
Eləcə də bax: 10-cu Azərbaycan Mikromaliyyə Konfransı - CANLI
FED.az xəbər verir ki, bu barədə AMFA-nın İdarə Heyətinin sədri Cəlal Əliyev "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.
Onun sözlərinə görə, sözügedən mikrokreditlər verilərkən gəlirin və təminatın kreditə nisbətləri kimi əmsallar daha yüngül tətbiq olunması nəzərdə tutulur.
Bundan əlavə, C. Əliyev AMFA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə olan təklifinə də toxunub: "Bu, "özünüməşğulluq fəaliyyəti" kateqoriyasının daxil edilməsidir. Bura mikrosahibkarlığa qədər olan dövrdə gəlir yaratma fəaliyyətlərində əmsalların ya yüngül formada tətbiqi, ya da ümumiyyətlə tətbiq olunmaması daxildir". (Apa)