ABŞ sakinləri bu il "Qara cümə"də internet üzərindən alış-verişə 9,12 milyard dollar xərcləyiblər ki, bu da rekord məbləğdir.
FED.az xəbər verir ki, bu il xərclənən məbləğ əvvəlki illə müqayisədə 2,3% artıqdır. Amma ayrı-ayrı mal qrup üzrə artım daha yüksək olub. Belə ki, məişət texnikısının satışı 223% və ya 3 dəfədən çox artıb. Oyuncaqların satışı 4 dəfə yaxın, yəni 285%, idman trenajorlarının satışında isə 218% artım baş verib.
Bununla yanaşı, inflyasiya səbəbindən malları kreditlə almaq istçyənlərin sayı da kəskin – 78% artıb.