"Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının (YTP) "Made in Azerbaijan" brendi ilə hazırlanmış məhsulları olacaq. Ancaq bunu indi bizdən tələb etmək tezdir".
FED.az xəbər verir ki, bunu Azərbaycan Milli Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, YTP elə bir inkişafa nail olmalıdır ki, o, "Made in Azerbaijan" brendi ilə beynəlxalq aləmə çıxa bilsin.
Akademiya prezidenti əlavə edib ki, YTP-nın özünün infrastrukturu yaradılmaqdadır: "Onun marketinqi, reklamı olmalıdır. İl yarımdır yaranan YTP ilə artıq əməkdaşlıq etmək istəyənlər var. Yerli və xarici biznesmenlər bizə müraciət edirlər. Bizim müdafiə sənayesi istiqamətində yeniliklərimiz olacaq. Başqa biznes sahələri üzrə də yeniliklərin olması nəzərdə tutulub".