Amazon korporasiyası üçüncü rübün yekunları üzrə 56,6 milyard dollar gəlir əldə edib.
FED.az xəbər verir ki, sentyabrın 30-u başa çatmış 3-aylıq müddət ərzində əldə edilən gəlir ötən ilin üçüncü rübü ilə müqayisədə 29 faiz artıqdır.
Şirkətin qazancı 2,9 milyard dollar təşkil edib. Ötən ilin üçüncü rübünün yekunları üzrə şirkət 256 milyon dollar qazanc əldə etmişdi.