«Amazon»un sahibi, milyardçı Ceff Bezos şirkətdəki işgüzar torlantılarda təqdimatları qadağan edib.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu yenilik işçilərin məhsuldarlığını 25% artırıb.
Artıq «Amazon»un rəhbərlərinin iclaslarında uzun-uzadı təqdimatlar dinlənilmir, direktorlar sakitcə yazılı məlumatları oxuyub sualların verirlər. Şirkətdə «PowerPoint»in qadağan edilməsindən sonra, görüşlərin müddəti iki dəfə azalıb, məhsuldarlıq isə 25% artıb.