ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti bədii və cizgi filmlərinin, eləcə də televiziya proqramlarının istehsalçısı olan yerli media şirkəti - “Metro Goldwyn Mayer”i (MGM) 8,45 milyard dollara satın alıb.
Eləcə də bax: “Amazon” ilk dəfə bir maliyyə rübündə rekord gəlir - Əldə Edib
FED.az xəbər verir ki, məşhur "Tom and Jerry"nin də istehsalçısı olan MGM-nin bazasında 4 mindən çox film və 17 mindən çox televiziya proqramı var.
Sövdələşmə barədə xəbərdən sonra fond birjalarında "Amazon"un səhmləri 0,5% bahalaşıb. Qeyd edək ki, bu satınalma 13,7 milyard dollarlıq “Whole Foods”un alqı-satqısından sonra 2-ci ən bahalı müqavilədir. (Report)