Amerikanın “Amazon” şirkəti 2020-ci ilin dördüncü rübündə 125,6 milyard ABŞ dolları gəlir əldə edib.
Eləcə də bax: Ceff Bezos "Amazon"un səhmlərini 10,3 milyard dollara satıb
FED.az xəbər verir ki, bu barədə şirkətin dərc olunan hesabatlarında qeyd olunub.
31 dekabrda bitən üç aylıq dövrdə şirkətin gəliri ilk dəfə 100 milyard ABŞ dollarını ötüb, bu da 2019-cu ilin dördüncü rübünə (87,4 milyard ABŞ dolları gəlir – Red) nisbətən 44 faiz artım deməkdir. Analitiklərə görə, ötən il şirkətin gəlirləri 119 milyard ABŞ dolları olmalı idi.
“Amazon”un 2020-ci il üçün gəliri 38 faiz artaraq 386,1 milyard ABŞ dolları təşkil edib. 2019-cu ildə bu rəqəm 280,5 milyard ABŞ dolları olub.
“Amazon” korporasiyası 2020-ci ilin yekunu üzrə 21,3 milyard ABŞ dolları məbləğində xalis mənfəət əldə edib. (Report)