“Amazon” şirkəti “Apple” korporasiyasını qabaqlayaraq, dünyanın ən bahalı brendi olub. bu barədə “Brand Finance Global 500” reytinqində deyilir. Buna baxmayaraq, il ərzində şirkət 51 milyard dollar dəyər itirib – kapitallaşması 350.3 milyard dollardan 299.3 milyard dollara düşüb.
“Apple”ın brend dəyəri 16% azalaraq 297.5 milyard dollar səviyyəsində qərarlaşıb. Üçüncü yeri “Google” (281.4 milyard dollar), dördüncü yeri “Microsoft” (191.6 milyard dollar), beşinci yeri isə “Walmart” (113.8 milyard dollar) tutub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
Ümumilikdə, “Twitter” və “Snapchat”ın reytinqdən çıxmasından sonra reytinqdəki texnologiya şirkətlərinin sayı 50-dən 48-ə düşüb. “Amazon” şirkətinin rəhbəri Ceff Bezos keçən il 85 milyard dollar itirib. Həmçinin 2022-ci ilin noyabrında şirkət kütləvi ixtisarlar həyata keçirib.