“Altec” MMC-nin təsisçisininin payı və “Altis Group of Companies” MMC-nin nizamnamə kapitalı azaldılır.
FED.az xəbər verir ki, “Altec” MMC-nin təsisçilərinin 02.12.2024-cü il tarixli qərarına əsasən Təsisçi Heydərov Kamal Şamil oğlunun müəssisədə olan payı 1 milyon manat dəyərində azaldılır.
“Altis Qrup of Kompani” MMC-nin 02.12.2024-cü il tarixli təsisçi qərarına əsasən nizamnamə kapitalı 1 milyon manat dəyərində azaldılır.
Qeyd edək ki, “Altec” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Azməmmədov Vüsal İnqilab oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, Bakı-duz (Rəsulzadə qəs.), ev Baksol ərazisi, m. 1-dir.
Qeyd edək ki, “Altis Qrup of Kompani” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Nəcəfov Toğrul Cahid oğlu, nizamnamə kapitalı 2 307 143 manatdır.