Azərbaycan bazarını daha bir xarici şirkət tərk edir.
“PAŞA Holdinq” ilə eyni ünvanda olan şirkət - LƏĞV EDİLİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “TK Elevator” MMC Azərbaycan Respublikasındakı Filialı ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 12, ünvanına bildirə bilərlər.
Qeyd edək ki, filial Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Artem Vinokurovdur. Şirkət Almaniyada yerləşir, eskalatorlar, liftləri istehsal edir, quraşdırır, modernləşdirir və onlara texniki qulluq göstərir.