2019-cu ilin 11 ayında xaricə alma satışından Azərbaycana 35 milyon 68 min dollar valyuta daxil olub.
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr dövründə Azərbaycandan 35 milyon 68 min dollar dəyərində 85 min 74 ton alma ixrac edilib.
Eləcə də bax: 1 il xarab olmayan alma - SATIŞA ÇIXDI
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda təxminən 277 min ton alma istehsal edilib.