Məşhur milyardçı iş adamı, milyardçı Cek Ma sentyabrın 10-da özünün yaratdığı Alibaba şirkətinin rəhbərliyin tərk edərək təqaüdə çıxacaq. FED.az xəbər verir ki, milyardçı müəllimlik və xeyriyəçiliklə məşğul olmağa hazırlaşır.
Qeyd edək ki, sentyabrın 10-u Çində Müəllimlər Günü kimi qeyd edilir, Cek Ma da Alibaba-nı yaradana qədər ingilis dili müəllimi işləyirdi.
Bir qədər əvvəl «Bloomberg TV»yə müsahibə verən milyardçı pensiyaya çıxdıqdan sonra xeyriyyəçiliklə məşğul olacağını, fond yaradaraq təhsil layihələrini maliyyələşdirəcəyini bildirib.
Amma deyəsən heç də göründüyü kimi romantik deyil - «The New York Times» bildirir ki, Çinin nəhəng internet satış platforması olan «Alibaba»nın rəhbərinin biznesdən getməsinin əsas səbəbi Çində biznes mühitin pisləşməsi və dövlət qurumlarının özür sektorun işinə tez-tez baş verən müdaxilələridir. Eyni zamanda NYT bildirir ki, Cek Ma Alibaba-nın direktorlar şurasında qalacaq və şirətin rəhbərliyinə kömək edəcək.
Qəzetə müsahibəsində çinli milyardder özünün gedişini «yeni eranın başlanğıcı» adlandırıb. Qeyd edək ki, Cek Ma-nın öz həyatı və biznes tarixçəsi də Asiya biznesində bütöv bir era sayılır. 1999-cu ildə Alibaba-nı yaradan Cek Ma hazırda 36,6 milyard dolar varidata sahibdir. Alibaba isə dünyanın ən böyük riteyl şirkətlərindən biri olaraq Amazonun əsas rəqibi sayılır.
“Alibaba”nın sahibi vəzifəsindən getdi
10:35
8 Sen 2018