Dünyanın və Çinin ən böyük onlayn satış sistemlərindən olan “Alibaba” şirkəti böyük endirim kampaniyası keçirəcək.
FED.az xəbər verir ki, kampaniya hər il noyabrın 11-də qeyd olunan “Subaylar Günü” ("Singles' Day") ilə əlaqədardır.
Eləcə də bax: Azərbaycan və Alibaba - Razılaşdı
Bu il bu bayrama 89 ölkədən qatılanların olacağı gözlənilir.
2018-2019-cu illərdəki şoppinq festivallarında müvafiq olaraq 30,8 milyard ABŞ dolları və 38,4 milyard ABŞ dolları məbləğində satışa nail olmuş "Alibaba" 2020-ci ildə də rekordunu yeniləməyə hazırlaşır.
Xatırladaq ki, “Subaylar Günü” 1993-cü ildən Çinin Nanyinq Universitetinin (Nanjing University) təşəbbüsü ilə keçirilir. (Report)